29 Sentyabr 2024
İdman

LƏĞV EDİLDİ: “Buna gör də, keçirilməyəcək” (RƏSMİ)

Bir neçə ildir ki, ard-arda ölkəmizdə keçirilən “Tour d’Azerbaidjan” veloturu bu il baş tutmayacaq.

Bu barədə İdmanxeber.com-a açıqlamasında Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev  deyib:

“Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, “Tour d’Azerbaidjan-2018” keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”.

Lakin redaksiyamıza daxil olan məlumata görə, yarışın keçirilməmə səbəb tam başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdı.

Qeyd edək ki, “Tour d’Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43