07 Avqust 2020
Kateqoriyasız

La Liqa De Byaziyə Azərbaycanda uğurlar arzuladı – FOTO

İspaniya La Liqasının “Facebook” səhifəsi Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byaziyə işində uğurlar arzulayıb.

Paylaşılan postda qeyd edilib:

“La Liqa komandalarının keçmiş baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Təbriklər, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası!”

Federasiya bu gün italiyalı mütəxəssislə rəsmi sözləşmə bağlayıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

64 yaşlı mütəxəssis İspaniyada “Levante” və “Alaves” klublarını çalışdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah”ın yeni transferi dubl etdi, “Zirə” məğlub edildi

admin

AFFA İcraiyyə Komitəsi yığışır

admin

Renat İngiltərədə diqqət mərkəzində – “Liverpul”a vurduğu qol… (Video)

admin