Kateqoriyasız

La Liqa klubu baş məşqçi ilə müqavilə uzatdı

“Sevilya” baş məşqçisi Xose Luis Mendilibarla müqavilə yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər sözləşməni 2024-cü ilin iyun ayına qədər uzadıblar. 62 yaşlı mütəxəssis 21 mart 2023-cü ildən İspaniya yığmasında çıxış edir.

O, “Sevilya”ya turnir cədvəlində 16-cı yerdə olanda gəlib. Mütəxəssis işindən sonra klub aşağı liqaya düşməkdən yayınaraq 12-ci pilləyə yüksəlib, həm də Avropa Liqasının qalibi olub.

Mendilibar daha əvvəl “Alaves” “Levante”, “Osasuna” və “Valyadolid” kimi klubları çalışdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43