Dünyadan

La Liqa klubunda baş məşqçi istefası

Xoakin Kaparros “Osasuna” komandasının baş məşqçisi postundan istefaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə, cəmi 2 ay idi ki, təyin edilən 61 yaşlı mütəxəssisi mövsümün sonuna qədər idman direktoru Petar Vasilyeviç əvəz edəcək.

Xatırladaq ki, hazırda “Osasuna” 7 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43