Dünya futbolu

La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanı bundan sonra Eduardo Kude çalışdıracaq. La Liqa klubu 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.

“Selta” bir neçə gün əvvəl baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərmişdi.

“Selta” cari mövsümdə La Liqada keçirdiyi 9 turdan sonra 7 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43