01 Oktyabr 2024
Dünya futbolu

La Liqada ayın ən yaxşı məşqçisi

“Atletik”in baş məşqçisi Ernesto Valverde La Liqada ötən ayın ən yaxşı məşqçisi adına layiq görülüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis mükafat uğrunda Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelottini (“Real”) qabaqlayıb.

Ötən ay “Atletik” “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43