Dünya futbolu

La Liqada ayın ən yaxşıları

İspaniya La Liqasında fevral ayının ən yaxşıları müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, ən yaxşı futbolçu adına “Eybar”ın hücumçusu Serxi Enrik layiq görülüb. İspan futbolçu fevralda meydana çıxdığı 5 oyunda 4 qol vurub, 2 qolun ötürməsini edib.

Ötən ayın ən yaxşı baş məşqçisi isə “Eybar”ın çalışdırıcısı Xose Luis Mendilibar olub. Onun komandası fevralda keçirdiyi 5 oyunun 3-də qalib gəlib, 2-də heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43