29 Sentyabr 2024
İdman

La Liqanı tərk edən ilk klub bəlli oldu

2017/2018 mövsümünün yekununda İspaniya La Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, çempionatın başa çatmasına 5 tur qalmış “Malaqa”nın I liqaya enişi rəsmiləşib. Buna qətərli iş adamı Abdulla bin Nasserin sahibi olduğu klubun XXXIII turda səfərdə “Levante”yə 0:1 hesabı ilə uduzması səbəb olub.

Bu qalibiyyətdən sonra turnir cədvəlində 17-ci pillədə qərarlaşan meydan sahibləri xallarını 34-də çatdırdıqları üçün 17 xalla sonuncu – 20-ci sırada olan “Malaqa” elitada qalmaqdan ötrü nəzəri şansını da itirib.

Qedy edək ki, La Liqanı tərk etməyə digər namizədlər “Deportivo” və “Las Palmas” klublarıdır. Onların müvafiq olaraq 27 və 21 xalları var. Çempionatın lideri isə 83 xala malik “Barselona”dır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43