Ölkə futbolu

Lafferti Avstriyada “Qarabağ”a qoşulacaq

Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti Avstriyada “Qarabağ”a qoşulacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, futbolçuyla klub arasında Bakıda baş tutan Azərbaycan – Şimali İrlandiya matçından sonra danışıq olub. Laffertiylə münasibətlər iyulda rəsmiləşdiriləcək.

Qeyd edək ki, forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Bakıda baş tutan görüşün ardından “Qarabağ”dan təklif almadığını, alacağı halda müsbət qarşılayacağını söyləmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43