Dünya futbolu

Lallana “Liverpul”la yeni müqavilə imzalayır

“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana komanda ilə müqavilə imzalayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, futbolçunun yeni müqviləsinin müddəti 2021-ci ilədək olacaq. O, yeni  müqaviləni imzaladıqdan sonra həftəlik 150 min funt-sterlin məvacib alacaq.

Qeyd edək ki, Lallana cari mövsüm 22 Premyer Liqa oyununda iştirak edib və 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43