Ölkə futbolu

“Lans” “Bakı”nı məğlub etdi – VİDEO

Fransada təlim-məşq toplanışında olan “Bakı”nın U-15 komandası ilə “Lans”ın müvafiq yaş qrupundan ibarət futbolçuları arasında yoxlama oyunu keçirilib. 

"Bakı"nın rəsmi saytına istinadən verdiyimiz məlumata görə, görüşdən əvvəl futbolçularımız “Lans”ın A komandasının oyunçuları ilə görüşüb.

 

Baş məşqçi Antuan Kambuarenin də iştirak etdiyi görüşdə Fransa klubunun oyunçuları gənc futbolçularımıza dəyərli məsləhətlər verib. Tədbirdən sonra isə qeyd etdiyimiz yoxlama oyunu baş tutub. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43