Kateqoriyasız

Lars Olsen: “Meydana 3 xal üçün çıxacayıq”

Sabah UEFA Millətlər Liqasında Azərbaycanı qəbul edəcək Farer adalarının komandasının baş məşqçisi Lars Olsen oyundan öncə mətbuat konfransı keçirib. O, güclü rəqibə qarşı oynayacaqlarını bildirib:

“Ölkələr arsında məsafə uzundur. Bu hal təbii ki, rəqib komandaya çətinlik yaradacaq. Ancaq unutmayaq kiŞ biz də Azərbaycana səfər edəcəyik.

Hər zaman meydana 3 xal üçün çıxırıq. Xüsusi ilə də öz evimizdə oynayanda. Azarkeşlərimizin qarşısında yaxşı nəticə qazanmalıyıq.Oyunun hesabı barəsində indidən nəsə demək doğru olmaz. Bəli, biz 26 il bundan öncə Avropa çempionu olmuşuq. Ancaq ondan uzun müddət keçib.

Çempionatınızda çıxış edən “Qarabağ” komandasını yaxşı tanıyıram. Onların ötən turdakı “Arsenal” ilə qarşılaşdıqları matçı izləmişəm. Və deyə bilərəm ki, çox yaxşı müdafiə olunurlar. Millinin heyətində isə bu klubdan kifayət qədər oyunçu var. Bu o deməkdir ki, Azərbyacan millisi bizim üçün güclü rəqibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43