La Liqa təmsilçisi “Las-Palmas”ın yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Manolo Markesin istefa verməsindən boş qalmış baş məşqçi vəzifəsinə Pako Ayestaran təyin edilib.
Qeyd edək ki, P.Ayestaran son olaraq “Valensiya”nı çalışdırıb.
Xatırladaq ki, M.Markes La Liqanın 6-cı turunda “Leqanes”ə 0:2 hesablə məğlubiyyətdən sonra istefa verib.