Dünya futbolu

Lassana Diarranın yeni klubu məlum oldu

Fransa millisinin üzvü Lassana Diarra özünə yeni klub tapıb.

İdmanxeber.com-un məlumatına görə, “Marsel”dən ayrıldıqdan sonra işsiz qalan 32 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə anlaşıb. Təcrübəli futbolçunun yeni klubu ilə 1 illik müqavilə imzaladığı bildirilir.

Qeyd edək ki, Diarra karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43