Dünya futbolu

Latın Amerikasının ən böyüyü məlum oldu

Latın Amerikasının ən nüfuzlu klub turniri olan “Libertadores” kubokunun qalibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, finalda Kolumbiyanın “Atletiko Nasional” və Ekvadorun “İndependiente Del Vaye” komandaları 1:1 rövanşında üz-üzə gəlib.

Oyun Kolumbiya təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib – 1:0. Beləliklə “Atletiko Nasional” tarixində ikinci dəfə bu kubokun sahibi olub.

Dekabrın 8-18-də Yaponiyada baş tutacaq çempionatda iştirak edəcək 7 klubdan 4-ü bəllidi. Burada Okeaniyanı “Oklend Siti” (Yeni Zelandiya), Avropanı “Real” (İspaniya), KONKAKAF zonasını “Amerika” (Meksika), Cənubi Amerikanı “Atletiko Nasyonal” (Kolumbiya) təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43