Dünya futbolu

“Latsio” Kenti istəyir

“Latsio” Rayan Kenti heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu 27 yaşlı ingiltərəli oyunçu üçün “Fənərbağça”yla razılaşmağa yaxındır. 

Kent ötən ilin yayında azad agent kimi “sarı-lacıvərd”lilərə qoşulub. O, bu mövsüm bütün turnirlərdə 15 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43