Dünya futbolu

“Latsio”nun müdafiəçisi “Real”a doğru

“Latsio”nun müdafiəçisi Mario Gila qış transfer pəncərəsində “Real”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” Eder Militao və David Alaba zədələndiyi üçün müdafiə xəttini gücləndirməlidir. 

2022-ci ilin iyul ayında “Gila” “Kastilla”dan “Latsio”ya keçib. Futbolçunun romalılarla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

2023/24 mövsümündə Gila “Latsio”nun heyətində bütün yarışlarda 8 oyun keçirib və heç bir təsirli gediş etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43