20 Sentyabr 2024
Ölkə futbolu

Latviya klubu millimizin futbolçusunu istəyir

Azərbaycanlı futbolçu Ramin Nəsirli karyerasını yenidən Latviyada davam etdirə bilər.

Bu barədə İdmanxeber.az saytına futbolçunun meneceri Erkin İbrahimov məlumat verib. O bildirib ki, sözügedən ölkənin “Dauqavplis” klubu yenidən oyunçunun xidmətində maraqlıdır:

“Latviya klubundan futbolçuya maraq var. Ancaq hələlik gözləyirik. Daha yaxşı variantlar axtarıram. Raminlə yanaşı, U-21 millimizin digər futbolçularının da legioner həyatı yaşamaq şansları var. Hələlik işlərimiz davam edir, ancaq real heç nə yoxdur”.

Xatırladaq ki, 21 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Dauqavplis” klubunda keçirib. Müqavilə ilə “Neftçi”yə məxsus olan futbolçu “ağ-qaralar”dan ayrılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43