Dünya futbolu

Lautaro Martines rekordun bir addımlığında

Noyabrın 26-da A Seriyasının 13-cü turu çərçivəsində keçirilən görüşdə “Yuventus” və “İnter” heç-heçə edib – 1:1.

İdmanxeber.az-ın məlumatına görə, “Neradzurri”nin hücumçusu Lautaro Martines komandasının yeganə qolunu vurub. Bununla argentinalı bu il 27 dəfə rəqib qapısına yol tapmağı bacarıb.

“İnter”də ən çox fərqlənən oyunçular siyahısını düşmək üçün Martinesə bir qol lazımdır. Milan klubunda 2012-ci ildə Dieqo Milito və 2001-ci ildə Kristian Vieri hərəyə 28 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43