Ölkə futbolu

Lederer: “Nə vaxtsa püşkdə qarşılaşsaq…”

“Admira” klubunun baş məşqçisi Oliver Lederer matçdan sonrakı mətbuat konfransında bunları dedi:

“Mənə elə gəlir ki, bugün çətin 90 dəqiqə yaşadıq. Bacardığımızı göstərdik. Layiqli qələbə qazandıq. Məni təəccübləndirən o oldu ki, hələ də eyni sistemlə oynayırlar. Axıra yaxın hücum etdilər. Ayrılıqda kimisə fərqləndirmək istəmirəm bütün komanda birgə oynayırdı. “Libereç” Avroliqanın qrup mərhələsində çıxış edib. Onların gücü bəllidir. Amma öncə fikrimiz öz çempionatımızda olacaq. 

Qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm. Nə vaxtsa püşkdə yenə qarşı-qarşıya gəlsək sevə-sevə Bakıya gələcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43