Kateqoriyasız

“Legiya” azarkeşləri narazıdı: “Onu komandadan uzaqlaşdırın!”

Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma azarkeşləri önündə “Dinamo”ya uduzaraq, qitənin ən titullu klub turnirndə mübarizəni dayandıran “Legiya” azarkeşləri komandanın futbolçusu Filip Mladenoviçin çıxışından narazıdı.

İdmanxeber.az-ın məlumatına görə, polşalı azarkeşlər serbiyalı futbolçunun çıxışını bəyənmədiklərini və onun tez bir zamanda komandadan göndərilməsi tələbi ilə çıxış edirlər.

Varşova klubunun fanatları klubun sosial şəbəkələrdəki ünvanlarında edilən paylaşımlara aqressiv rəylər yazaraq Mladenoviçin çıxışından narazılıq bildirirlər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43