Kateqoriyasız

“Legiya” – “Qarabağ”: oyunun başlama saatı bilindi

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Legiya” (Polşa) ilə oyununun saatı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, oktyabrın 1-də Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Avroliqada pley-off mərhələsi də bir oyundan ibarət olacaq və qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43