Kateqoriyasız

“Legiya” “Qarabağ”ı gözləyir

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, ölkə çempionu “Qarabağ”ın bu mərhələdəki rəqibi də müəyyənləşib.

Polşanın “Legiya” klubu Kosova “Drita”sını qonaq edib. Görüş polyakların qələbəsi ilə vaşa çatıb – 2:0. Bununlada “Qarabağ” pley-offda “Legiya” ilə qarşılaşacağı dəqiqləşib.

“Legiya” – “Qarabağ” matçı oktyabrın 1-də baş tutacaq. Bir oyundan ibarət mərhələnin qarşılaşması Polşada keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
24 sentyabr
22:30. “Legiya” (Polşa) – “Drita” (Kosovo) – 2:0

Vazolek, 24, Pekhart, 43


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43