Kateqoriyasız

“Legiya”nın baş məşqçisi: “Mahir Emreli bizim maskotumuzdur”

Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Konfrans Liqasının pley-off mərhələsində “Slaviya”ya (Çexiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Mixneviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Mahir “Bude-Qlimt”lə oyundan əvvəl də mətbuat konfransında iştirak etmişdi. O, bizim maskotumuzdur.

“Slaviya”ya qarşı oynaya bilər. O, bunun üçün hər şeyi edir. İlk oyunda qol vurdu, məşqlərdə də çox çalışır. Həqiqətən, daha yaxşı ola bilər”.

Bu gün keçiriləcək “Legiya” – “Slaviya” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43