Kateqoriyasız

“Legiya”nın baş məşqçisi Mahirlə bağlı verilən sualı belə cavablandırdı

“Pekhart hələ optimal formada deyil. Onun düzgün hazırlaşmasını istəyirik. Həftə ərzində Pekhartla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim”.

İdmanxeber.az-ın məlumatına görə,bu sözləri Polşa “Legiya”sının baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Zaqrebdə “Dinamo” ilə 1:1 hesablı heç-heçə etdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

O, Mahir Emreli ilə bağlı verilən sualı belə cavablandırıb:

“Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik. Bu gün (dünən-red) Emreli və Lopes 3-5-2 sistemində oynamağa daha çox uyğun idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43