Dünya futbolu

Lempard sabiq komanda yoldaşını transfer edir

“Los Anceles Qalaksi”dən ayrılan Eşli Koul karyerasını İngiltərədə davam etdirə bilər.

Britaniya mətbuatının yaydığı xəbərə görə, Çempionşip təmsilçisi “Derbi Kaunti” 38 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Frenk Lempardın rəhbərlik etdiyi “Derbi Kaunti”nin ingiltərəli futbolçu ilə ilkin razılıq əldə etdiyi bildirilir.

Lempard və Koul 2006-2014-cü illər aralığında “Çelsi”də birgə çıxış edib..


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43