Dünyadan

“Lempardı “Mançester Siti” formasında görmək qəribə idi”

“Lempardı “Mançester Siti” formasında görmək qəribə idi. Azarkeşlərimiz onu yaxşı qəbul elədilər. Əsl əfsanədi və bizim ürəyimizdə həmişə yaşayacaq”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Çelsi”nin futbolçusu Con Terri “Mançester Siti” ilə oyundan sonra Lempard barədə fikirlərini bildirərkən deyib:

“Ümid edirəm ki, bir gün Lempardı “Stemford Bric”də də belə yaxşı qəbul edəcəyik. Bu vacib heç-heçə sayəsində turnir cədvəlinin ən üst pilləsində qala bildik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43