08 Sentyabr 2024
Ölkə futbolu

Lənkəıranda üzülən məşqçi: “Bu, həyat yoldaşım və 2 qızımdan ayrılmağımla bağlı deyildi”

“Mənim üçün belə uzaq ölkədə işləmək vacib idi. Həm Migel Anxel Gil Marin, həm də Hafiz Məmmədovun qarşısında məsuliyyət daşıyıram. Ümid edirəm ki, qarşıma qoyulan vəzifələri həyata keçirməyə gücüm çatacaq. Başlanğıc elə də asan olmadı. Ancaq bu, həyat yoldaşım və 2 qızımdan ayrılmağımla bağlı deyildi. “Bakı”da görüləsi çox iş var idi və mənə çoxlu vaxt lazımıydı”.

Bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına açıqlamasında deyib.

“Zolaqlılar”ın çalışdırıcısı komandadakı problemlərdən də bəhs edib: “3 futbolçu mütləq alınmalıydı. Onlardan ikisi arxa xətt oyunçularıydı. Çünki komanda müdafiəçisiz idi. Yerli insanlarda bizə qarşı qorxu var. Çünki iş üslubumuza bələd deyillər. İlk iki turdan sonra futbolçular qorxurdular,  deyirdilər ki, mövsümə belə pis başlamamışdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43