Premyer Liqa

Lənkəran və Zaqatala stadionlarının son durumu bizdə: Hazırıq dedilər! – AÇIQLAMA

Premyer Liqanın XX turunun maraqlı görüşləri bölgələrdə keçiriləcək. 

"Simurq" – "Bakı", "Qəbələ" – "Qarabağ" və "Xəzər Lənkəran" – "Neftçi" oyunları bunun bariz nümunəsidi.

Bəs görəsən qarlı havanın hökm sürdüyü bölgələrdə stadionların durumu nə yerdədi?

İdmanxeber.com saytı olaraq son durumu öyrənmək üçün ilk öncə "Simurq" klubu ilə əlaqə saxladıq. Zaqatala klubunun icraçı-direktoru Vaqif Əliyev saytımıza açıqlamasında hər şeyin qaydada olduğunu və oyunun keçirilməsi üçün hər hansı bir problemin olmadığını bildirib:

"Stadionumuzu qardan təmizləmişik. Hal-hazırda da heç bir yağıntı yoxdu. Oyun gününə hələ var, ancaq qar yağsa belə həmişəki kimi yenə təzmiləyəcəyik.  Yəni qar bu oyunun keçirilməsinə mane ola bilməz".

Bazar günü baş tutmalı olan "Xəzər Lənkəran" – "Neftçi" derbisinin keçiriləcəyi  "Fırtınalar meydanı"nda isə vəziyyət heç də sandığımız kimi qəliz deyil. Bu barədə bizə klubun icraçı-direktoru Höccət Hacıyev bildirib:

"Hal-hazırda da Lənkərana qar yağır. Biz yardımçı meydançanı təmizləmişik və yağıntının dayanmasını gözləyirik. Sabah (red-bugün) əsas meydançanı da qardan təzmiləyəcəyik. Oyunun keçirilməsinə isə məncə heç bir problem olmaz. Biz oyunun təxirə salınmaması üçün əlimizdən gələni edəcəyik".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43