11 Dekabr 2023
Kateqoriyasız

Lənkəranda baş verən dava ilə bağlı cinayət işi açıldı

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verən insidentlə bağlı cinayət işi açılıb.

Ləkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, oyun bitəndən sonra hər iki komandanın azərkeşləri arasında insident baş verib . Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin baş vermiş hadisəyə müdaxiləsi nəticəsində vəziyyət stabilləşib.

İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb.

Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43