Ölkə futbolu

Lənkəranda əsas meydançada əsaslı üstünlük

“Xəzər Lənkəran”ın U-17 komandasının həftənin ən uğurluları adlandırmaq olar.

İdmanxeber.com-un məlumatına görə, bazar ertəsi “Vətən”i qəbul edən komanda favorit statusunu tam olaraq doğrultdu. Mərkəzi stadionun əsas meydançasında baş tutan qarşılaşma 5:1 hesablı qələbə ilə başa çatdı. Qolları Fərid Ağazadə (2), Kamal Dənziyev, Məhəmməd Əsədov və Elvar Ağayev vurdular. Qeyd edək ki, digərlərindən bir yaş kiçik olan Kamal və Məhəmməd bu tur U-16 komandasının heyətində də oyun keçirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43