Kateqoriyasız

Lənkəranda qalmaqal: “Bakı”nın futbolçuları qarşılarına çıxan hər şeyi sındırdılar – EKSKLÜZİV

Az öncə yekunlaşan “Xəzər Lənkəran” – “Bakı” oyunundan sonra qonaq komandanın futbolçuları əsəblərini cilovlaya bilməyiblər.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın futbolçuları hirslərini cilovlaya bilməyincə paltardəyişmə otağına gedən yolda 3 qapını sındırıblar. 

Bu barədə xəbəri klubun mətbuat xidməti də təsdiqləyib.

Qeyd edək ki, qarşılaşma “Xəzər Lənkəran”ın qələbəsi ilə yekunlaşıb – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43