Ölkə futbolu

Lənkərandan şad xəbər gəldi

“İnter”lə oyunda zədələnərək meydanı tərk edən Adrian Skarlatakedən yeni xəbər var.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun idmanxeber.com-a verdiyi məlumata görə, Skarlatakenin durumuna aydınlıq gəlib. 

Rumıniyalı futbolçu sabahdan fərdi məşqlərə başlayacaq. Onun “Rəvan”la həftəsonu keçiriləcək oyunda da forma geyinmək şansı olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43