Dünyadan

Lənkəranlı azarkeşlərin Rednik arzuları puç olur – FAKT

Mustafa Dənizlinin istefasından sonra Mirça Rednikin boş qalmış baş məşqçi postuna gətiriləcəyi gözlənilsə də, hələ ki, bu baş vermir.

İdmanxeber.com-a daxil olan məlumata görə, Oğuz Çətini komandada saxlamaq niyyətində olan Cənub klubunun rəhbərliyi bir yandan da azarkeşlərin istəyini reallaşdırmaq fikirindədi. Məsələ burasındadır ki, Rednikin Lənkərana qayıdışı real görünür. Lakin hələ də Oğuz Çətini komandada saxlmaq niyyətində olan rəhbərlik ilk növbədə türk mütəxəssisi göndərməlidir ki, Rednik gəlsin. Ancaq rəhbərlik də Oğuz Çətindən də vaz keçmək niyyətində deyil. Hətta türkiyəli mütəxəssis dünəndən transferlərlə bağlı Bakıda olduğu da müəyyənləşib.

Belə olan halda Rednikin qayıdışı alınmaya bilər. Çünki rumıniyalı mütəxəssis gələcəksə o zaman niyə transfer işləri ilə Oğuz Çətin maraqlanır? 

Klubun mətbuat xidmətindən bizə verilən məlumata görə, hər iki variant real görünür. Həm Oğuz Çətin, həm də Rednik bu posta real namizədlərdi. Qalır məsələyə son nöqtə qoymaq ki, yaxın 3-4 gün ərzində bu həllini tapacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43