Ölkə futbolu

Lənkəranlı azarkeşlərin rekordunu qıran tapılmır – SİYAHI

Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarını cəmi 8000 azarkeş izləyib. 

İdmanxeber.com-un məlumatına görə, bu da hər oyuna orta hesabla 1600 nəfə deməkdi.

Turun ən çox stadiona azarkeş toplayan oyunu "Qəbələ" – "Xəzər Lənkəran" qarşılaşması oldu. Bu oyunu stadiondan 2800 nəfər canlı olaraq izləyib. Turun ən az azarkşi isə paytaxt derbisində olub. "Bakı" – "Neftçi" arasındakı matçı cəmi 1000 azarkeş izləyib. 

"Qəbələ" – "Xəzər Lənkəran" (2800 tamaşaçı)

"Simurq" – "İnter" (1500 tamaşaçı)

"Qarabağ" – "AZAL" (1500 tamaşaçı)

"Sumqayıt" – "Rəvan" (1200 tamaşaçı)

"Bakı" – "Neftçi" (1000 tamaşaçı)

Sonda onu da qeyd edək ki, Premyer Liqanın cari mövsümdəki 21 turunun 105 oyununu 170550 nəfər izləyib ki, bu da hər oyuna 1624 nəfər deməkdi. Mövsümün rekordu ötən tur qeydə alınıb. Belə ki, XX turun 5 oyununu 16100 nəfər canlı izləyib. Turun "Xəzər Lənkəran" – "Neftçi" matçı da mövsümün rekordudu – 11000 tamaşaçı. Anti-rekord isə "Sumqayıt" – "Qəbələ" qarşılaşmasında qeydə alınıb – 100 tamaşaçı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43