Dünyadan

Lənkəranlı azarkeşlərin sevimlisi özünə yeni iş yeri tapdı

“Xəzər Lənkəran”ın sabiq futbolçusu rumınyalı Adrian Pit özünə yeni klub tapıb.

İdmanxeber.com-un məlumatına görə, Pit Rumınyanın III Liqasında çıxış edən  UTA ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 2011-ci ildə Mirça Rednik tərəfindən  “Xəzər Lənkəran”a  transfer olunan Adrian Pit  99 oyuna 8 dəfə fərqlənməyi bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43