Müsahibə

Lənkəranlı fanatların sevimlisi Kasilyası misal çəkib, “Neftçi”yə ismarıc göndərdi – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının idmanxeber.com saytına müsahibəsi.

– "Simurq"la oyunda çətin qələbə qazandınız. Fikirlərini bilmək istəyərdim.

Əsas olan 3 xal idi. Onsuzda asan olmayacağını bilirdik. Neçə oyundur ki, qələbə qazana bilmirdik. Yaxşı ki, bu dəfə bu sindromu qırdıq. İnşallah ardı gələcək.

– "Simurq"la oyunda Nildo erkən əvəzlənməli oldu. Düşünmürsən ki, bu dəfə Nildosuz sizə daha rahat oldu qələbə qazanmaq.

Biz sadəcə ilk turda zəif oynamışdıq. Bundan sonra isə bütün turlarda azı 3-4 real qol imkanlarımız olurdu. Sadəcə bəxtimiz gətirmirdi. Nildonun əvəzlənməsinin bizim xeyrimizə olduğunu düşünmürəm. Biz onsuzda qələbə üçün əlimizdən gələni edirdik.

– Razılaşırsanmı ki, komanda çempionluqa layiq oynamır?

Razı deyiləm. Komanda bəzi oyunlarda tam qələbəyə layiq oynadı, sadəcə rəqiblərimizin bəxti gətirdi. Ancaq çempionluqa oynayan komanda "Rəvan", "Simurq" kimi komandalarla oyunda xal itirməməlidi. Çempionluqa oynayırıqsa, belə rəqibləri udmalıyıq.

– Artıq Leyteylə mübarizədə uduzdun və Toşak qapını ona həvalə edir.

Bu futboldu. Leyteylə aramızda rəqabət gedir. Ola bilsin ki, sabah məşqçi deyər ki, sən dur qapıda. Başımı salmışam aşağı nə danışıram, nə bir şey… Kasliyasın özü belə ehtiyatda oturur, öz zamanını gözləyir. Belə şeylər olur. Vaxtımı gözləyirəm. 

– Toşak bu barədə sənə hər hansı bir söz deyibmi? Səninlə hər hansı bir söhbəti olubmu?

Yox. Sadəcə Toşak bizə deyib ki, azərbaycanlısız, sizin üstünlüyünüz var. Mən şansımız gözləyirəm. 

– Artıq bütün diqqət 23-də "Neftçi"ylə oynayacağınız Superkuboka yönəlib. Kuboku Lənkərana apara biləcəksizmi?

Bizim fikrimiz Naxçıvana gəzməyə yox, kuboku Lənkərana gətirməkdi. Çoxları düşünə bilər ki, "Neftçi" son illərin çempionudu və onlar qazanacaqlar. Yanılırlar… Mübarizə, futbolçuların futbol qeyrəti meydanda görünəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43