Müsahibə

Lənkəranlı fanatların sevimlisi “Neftçi”ylə oyun öncəsi “başqa variant yoxdu” dedi, qisas üçün meydana çıxacaqlarına söz verdi – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı "Neftçi"ylə "Böyük oyun" öncəsi idmanxeber.com saytına müsahibə verib.

– Qarşıdan "Böyük oyun" gəlir…

Bu matça ciddi hazırlaşırıq. Onları udmalıyıq, başqa variant yoxdu. 

– "Qarabağ"ı səfərdə məğlub edərək, bu matça motivasiya və əsasən də xal baxımından yüksək əhval-ruhiyyədə çıxacağınızı gözləmək olarmı?

Əlbəttə. Biz "Qarabağ"ı məğlub etməklə vacib xallar qazandıq. İndi də rəqib "Neftçi"di. Onları da məğlub edib, 3 xalı qazanmalıyıq. 

– "Qarabağ"la oyunda zəif təsir bağışladın. Qapını Tomiçə qapdıracağından qorxmursan?

Fasilədən sonra çox vaxt belə olur. İki aya yaxındır ki, oyun oynamırıq. Onun nəticəsi idi. Bundan əlavə mən özümə güvənirəm. Yenidən ehtiyatda oturmaqdan qorxmuram, çünki bundan sonra daha yaxşı qapını qoruyaraq, əsas heyətdə möhkəmlənmək istəyirəm. Bundan sonra daha yaxşı olacaq.

– Liderdən 14 xal geri qalırsız. Böyük bir fərqdi…

Bu heç nə demək deyil. Hələ də şanslarımız var. Öz əlimizdədi şanslarımız. Maksimum nəticələrlə ilk "üçlüy"ə girə bilərik. 

– 1:4-ün qisası varmı?

Təkcə 1:4-ün yox, hər şeyin qisası var. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43