30 Sentyabr 2024
Kateqoriyasız

Leroy Corc “Qarabağ”ın düşərgəsində (FOTO)

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc ötən gün klubun düşərgəsində olub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi feysbuk səhifəsi  xəbər yayıb.

Antalyada olan Ağdam klubunun  düşərgəsinə gələn hollandiyalı yarımmüdafiəçi sabiq komanda yoldaşları ilə şəkil çəkdirib.

Qeyd edək ki, Leroy Corc ötən mövsümün sonu “Qarabağ”dan ayrılaraq Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Göztəpə”yə keçib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43