Ölkə futbolu

Leroy Corc: “Qarabağ”ın oyunlarına 50 məktəbli gəlir”

“Bəzən elə günlər olur ki, harada eniş etdiyim mənə maraqlı gəlir. Burada elə komandalar var ki, bütün oyunçuları ilə top saxlamağa oynayırlar. Bununla belə, oyunları izləməyə haradasa 50-dən çox məktəbli gəlir… Avrokuboklarda isə hər şey fərqlidir. Yaxşı rəqiblərə qarşı oyunlar zamanı tribunalarda 20 min azarkeş görmək olur”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Leroy Corc Hollandiya mətbuatına açıqlamasında deyib.

Leroy komandasının Hollandiya əsas lioqasında çıxış edə biləcəyini bildirib :

“Qarabağ”ın həqiqətən yaxşı futbol oynaya bildiyini gördünüz. Düşünürəm ki, bu komanda Hollandiya Eredivizində yüksək yerlər uğrunda oynaya bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43