Dünya futbolu

“Lester” aşağı liqadan hücumçu transfer etdi

İngiltərə Premyer Liqa təmsilçisi “Lester” heyətini yeni futbolçuyla gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, “tülkülər” İngiltərənin səviyyəcə 4-cü divizionu olan 2-ci liqa təmsilçisi “Koventri”nin hücumçusu Corc Toması transfer edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 20 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Uelsin gənclərdən ibarət millisinin üzvü olan Tomas son mövsümdə şans qazandığı 22 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43