Dünyadan

Levandovski 40 milyon avroluq təklifi rədd etdi

“Bavariya”nın futbolçusu Robert Levandovski Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə polşalı hücumçunun agenti Sezar Kuçarski məlumat verib. O deyib ki, Çin klublarından biri R.Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq o, bu təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, R.Levandovski 2014-cü ildən “Bavariya”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43