Kateqoriyasız

Levandovski “Barselona” ilə müqavilə bağlayıb

“Bavariya” klubunun polşalı hücumçusu Robert Levandovski “Barselona” ilə 3 illik müqavilə imzalayıb.

İdmanxəbər.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli forvard üçün 50 milyon avro ödəyəcək. Xəbərdə tərəflərin cümə günü razılığa gəldiyi və transferin bu həftə sonu açıqlanacağı bildirilib.

2014-cü ildən “Bavariya”da çıxış edən Levandovski komandanın heyətində 374 oyun keçirib, 344 qol vurub və 72 məhsuldar ötürmə edib. O, yeddi dəfə Almaniya çempionatının bombardiri olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43