Kateqoriyasız

“Lex” – “Qarabağ” matçı ispanlara tapşırıldı

Polşada “Lex” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43