08 Avqust 2022
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Lex” “Qarabağ”la oyun öncəsi azarkeşlərinə üz tutdu: “Komandamızı çətin tapşırıq gözləyir”
Kateqoriyasız

“Lex” “Qarabağ”la oyun öncəsi azarkeşlərinə üz tutdu: “Komandamızı çətin tapşırıq gözləyir”

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Lex” klubu azarkeşlərinə müraciət edib.

İdmanxeber.az Poznan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Poznan klubu azarkeşlərdən maksimum dəstək istəyib:

“Komandamızı Çempionlar Liqasının I təsnifat mərhələsində çətin tapşırıq gözləyir. Çünki Avropa meydanlarında böyük təcrübəsi olan  rəqiblə üz-üzə gələcəyik. “Qarabağ” ardıcıl 8-ci ildir, avrokuboklarda qrup mərhələsində yer alır. Ötən mövsüm Konfrans Liqasında yarışan komanda H qrupunda yalnız “Bazel”dən geri qaldı və 2-ci yeri tutdu. Pley-offda isə Azərbaycan təmsilçisi “Marsel”ə (1:3, 0:3) məğlub olaraq, turnirdə mübarizəni dayandırdı.

Bu matçda 12-ci oyunçunun əhəmiyyəti çox böyük olacaq. Poznan stadionunun tribunalarında bizimlə olun”.

İyulun 5-də keçiriləcək “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” Avroliqadan nə qədər qazanıb?

admin

Milliyə qələbə gətirən qollar – VİDEO

admin

Onun “Qarabağ”da 100-cü oyunu

admin