Dünya futbolu

“Leyptsiq” Çempionlar Liqasında

Almaniya Bundesliqasının 29-cu turunda “Leyptsiq” “Frayburq”u 4:0 hesabı ilə darmadağın edib.

Paralel keçən oyunda “Herta” “Maynts”a 0:1 hesabı ilə uduzub. Bununla da sona 5 tur qalmış “Herta” ilə xal fərqini 18-ə çatdıran “Leyptsiq” ən azı dördüncü yeri və Çempionlar Liqasına vəsiqənin təmin edib.

Qeyd edək ki, “Leyptsiq” növbəti mövsümdə qitənin ən mötəbər klub turnirində debüt edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43