Kateqoriyasız

“Lill” Azərbaycan millisinin üzvü ilə maraqlanır

Fransanın “Lill” klubu Azərbaycan U-21 millisinin üzvü Mustafa Yıldırımla maraqlanır.

İdmaneber.az “Fotomaç”a istinadən xəbər verir ki, klubun idman direktoru Luis Kampos yeni mövsümdə “Alanyaspor”da forma geyinən hücumçunu yaxından izləyəcək.

“Alanyaspor”un gənclərdən ibarət komandasında forma geyinən Mustafa Yıldırım Azərbaycan yığmasına dəvət alır və o, U-21-in Fransa ilə oyununda (1:2) da iştirak etmişdi.

Kampos Mustafayla yanaşı, Berke Kılıç, Eyüp Oskan və Arda Okanı da yaxından izləyəcək. Futbolçuların sərgilədikləri performansına görə mövsümün sonunda onlarla bağlı qərar veriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43