Ölkə futbolu

“Lill”in futbolçusu: “Qəbələ” ilə oyunda reallıqları görəcəyik”

Son yoxlama matçında qalib gəldik. Bu yaxşı nəticə idi. Bu bizdə gələn həftə üçün əminlik yaradır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Lill”in futbolçusu Erik Batik klub saytına açıqlamasında deyib:

“Gələn həftə “Qəbələ” ilə oyunda meydandakı reallıqları görəcəyik. Rəsmi görüşlərə hazırlıqlıyıq. Baş məşqçimiz sayəsində fiziki hazırlığımız daha da yaxşılaşdı. Növbəti mərhələyə keçmək üçün “Qəbələ” ilə hər iki matçı yaxşı keçirmək lazımdı. Hazırlığımızı məhz bu istiqamətdə davam etdiririk. Bizim üçün avrokubok macərası gələn həftədən başlayır. Real gücümüzü orda görəcəyik. Odu ki, güclü olmalıyıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43