Ölkə futbolu

“Lill”in prezidenti təsdiq etdi: “Bəli, o hücumçu ilə maraqlanırıq”

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Lill” transfer çalşmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, klub Nikolas de Privellinin trasnferinə çox yaxındır.

Hətta bunu komandanın prezidenti Miçel Seydu da təsdiqləyib:

“Bəli, Nikolasla maraqlanırıq. Hazırda bu məsələ çox istidir. Bir neçə saat ərzində bu transfer hərəkatı aktivləşəcək”.

Qeyd edək ki, futbolçu üçün “Lill”in 4 milyon avrosundan keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43