Kateqoriyasız

“Linfild” – “Qarabağ” oyununu bu kanal canlı yayımlayacaq

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” oyunu canlı yayımlanacaq.

İdmanxeber.az-ın Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, “Vindsor Park”da oynanılacaq ilk matç “CBC Sport” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, görüş avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43